-
- 18-05-2023, 22:55
- 1 898
Marketlərdə endirimə düşən bu yağlar təhlükəlidirmi? - FOTOLAR
Marketlərdə müxtəlif qiymətlərə kərə və bitki yağlarına rast gəlirik. Gündəlik istifadə etdiyimiz qarğıdalı, zeytun yağları ilə yanaşı artıq pambıq çiyidindən hazırlanan yağlara da da rast gəlirik. Azərbaycanda geniş istifadə olunmasa da, marketlərdə bu yağlar istehlakçılara təklif olunur. Amma həcmi böyük olmasına rəğmən, qiyməti ucuz olan pambıq yağlarının keyfiyyəti alıcılarda şübhə doğurur.
Bəs, Azərbaycanda geniş istifadə olunmayan pambıq yağlarının sağlamlıq üçün ziyanı varmı?
Mövzu ilə bağlı News24.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, pambıq yağının rafinə olunmuşunu almaq lazımdır. Əks halda sağlamlığımız üçün təhlükə yarana bilər: "Təmizlənməmiş pambıq yağı tünd rəngdə olur. Allergiyası olan insanlar bu yağdan istifadə edərkən ehtiyatlı olmalıdır".
AİB sədri bildirib ki, pambıq yağları digər bitki yağları ilə müqayisədə ucuz satılır: "Pambıq yağları digər bitki yağları ilə müqayisədə ucuzdur. Çünki pambıq çiyidləri ya atılır, ya da heyvan yeminə çevrilir. Ona görə də həmin çiyidlərdən yağ almaq ucuz başa gəlir. Yağ pambığın xüsusi növlərindən və müxtəlif məqsədlər üçün istehsal olunur. Pambıq yağı hətta bəzi xəstəliklərin müalicəsində də tətbiq edilir. Bu, həm də yüksək kalorili bitki yağıdır. 100 qramında 884 kkal enerji olur".
Ekspert əlavə edib ki, bəzən pambıq yağları başqa tərkibli yağlarla qarışdırılır: "Pambıq yağları başqa tərkibli yağlarla qarışdırılsa da, üzərindəki etiketdə qeyd olunmur. Əslində bu yağları istehsal edən müəsssisə mütləq etiketində bunu qeyd etməlidir. Buna baxmayaraq, bu yağlar günəbaxan yağı ilə də qarışdırlıbsa, yenə də təhlükəsiz sayılır. Lakin allergiyaya meyilli insanlar bu yağdan istifadə zamanı diqqətli olmalıdır. Pambıq yağının 15 dərəcə və ondan nisbətən aşağı temperaturda mütlləq çöküntüsü əmələ gəlir. Bu çöküntülərin heç bir təhlükəsi yoxdur. Çöküntü olarsa, onu qarışdırıb istifadə edə bilərlər".
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə əlavə edib ki, pambıq yağı sağlamlıq üçün faydalı olsa da, həddən artıq istifadəsi xoşagəlməz nəticələrə səbəb ola bilər: "Azərbaycanda pambıq yağı kütləvi şəkildə istehsal olunmur. Mağazalarda satılan pambıq yağları adətən günəbaxan yağı ilə qarışdırılır. Bir neçə yağı bir-birinə qarışdıranda onların tərkibində kimyəvi reaksiyalar gedir. Eyni zamanda həcmi böyük olduğu halda ucuz satılan bu yağların keyfiyyəti də şübhə doğurur. Pambıq yağı B, E vitaminləri, Omeqa3 və Omeqa6 ilə zəngindir. Damarların elastikliyini artırır, ürək-damar xəstəlikləri riskini azaldır, viruslara qarşı qoruyucu təsiri var. Ancaq mütəmadi qəbulu orqanizmdə bəzi vitaminlərin həddindən artıq çox olmasına gətirib çıxarır".
Qumral ƏLİYEVA