İrəvanda atışma olub, saxlanılanlar var
    • 14-05-2023, 12:19
    • 245

İrəvanda atışma olub, saxlanılanlar var

Ermənistanın paytaxtı İrəvanın mərkəzində atışma olub.

Bu barədə News24.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən gecə qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə əlbəyaxa dava və atışma ilə nəticələnib.

Hadisə ilə əlaqədar Gümrünün 4 sakini polis tərəfindən saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.