ABŞ-da iki atışma nəticəsində 10 nəfər yaralanıb, ölən var
    • 11-05-2022, 23:32
    • 443

ABŞ-da iki atışma nəticəsində 10 nəfər yaralanıb, ölən var

ABŞ-da iki atışma hadisəsi olub.

Məlumata görə, hər iki hadisə İllinoys ştatında, Çikaqo şəhərində qeydə alınıb. Silahlı insidentlər nəticəsində bir nəfər ölüb, daha on nəfər yaralanıb.

Polisin məlumatına görə, birinci atışma yerli vaxtla saat 16:30 radələrində qeydə alınıb. Bir neçə silahlı şəxs oğurlanmış avtomobildən düşərək ətrafdakılara atəş açıb. Nəticədə başından güllə yarası alan 19 yaşlı gənc də daxil olmaqla, beş yeniyetmə güllə xəsarəti alıb. Ağır xəsarət almış on doqquz yaşlı gənc az sonra xəstəxanada dünyasını dəyişib. Onun adı açıqlanmır.

Polisin məlumatına görə, hadisəni törədənlər qaçıblar.

İkinci hadisənin təfərrüatı açıqlanmır. Məlumata görə, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur./Report/