İldırım nəticəsində yanan məktəbin şagirdləri… – Açıqlama
    • 14-05-2023, 12:44
    • 311

İldırım nəticəsində yanan məktəbin şagirdləri… – Açıqlama

Mayın 13-də axşam saatlarında ildırım vurması nəticəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zaqatala rayon Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin dam örtüyündə yanğın baş verib.

News24.az-ın məlumatına görə, APA-nın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, vəziyyətlə bağlı məktəbdə təhsil alan şagirdlər digər qonşu Zaqatala rayon Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbinə köçürüləcək və ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.


Qeyd edək ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binasında hazırda 290 şagird təhsil alır.