Kəlbəcər istiqamətində mövqelərimiz  atəşə tutuldu
    • 14-05-2023, 21:25
    • 206

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 14-ü saat saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.