Sürücüsüz qatarlar istifadəyə verilir
    • Dünən, 23:55
    • 83

Sürücüsüz qatarlar istifadəyə verilir

Yaponiyanın East Japan Railway (JR East) dəmir yolu şirkəti məşhur Shinkansen yüksək sürətli qatarlarının on il ərzində maşinistsiz səyahət edə biləcəyini açıqlayıb.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, nüfuzun azalması və işçi qüvvəsinin çatışmazlığını proqnozlaşdıran "JR East" şirkəti, 2028-ci ldən üəyyən marşrut xətləri üzrə maşinistsiz qatarların istifadəyə veriləcəyini bildirib.

Burada maşinistin vəzifələrinin əksəriyyətinin avtomatlaşdırılacağı, lakin maşinistin qatarda qalaraq qatarı tənzimləyəcəyi bildirilib.

Şirkətdən verilən açıqlamada "Sürücüsüz idarəetməni inkişaf etdirmək və rels sistemlərinin idarə edilməsini daha səmərəli və dayanıqlı hala gətirmək üçün biz demoqrafik tənəzzül və insanların iş tərzində islahatlar kimi sosial dəyişikliklərə uyğunlaşacağıq", - deyə bildirilib.

Avtomatlaşdırmanın planlaşdırıldığı dəmir yolu xətlərində sürətin 275 km/saat, bəzi digər marşrutlarda isə 300 km/saat sürəti keçə biləcəyi bildirilib.

Qeyd edək ki, əhalisi yaşlanan və azalan Yaponiya hazırda bir çox sektorlarda işçi çatışmazlığı ilə üzləşir. Yaponiya hökumətinin 2023-cü ildə dərc etdiyi məlumatlara görə, hazırda əhalinin 10 faizindən çoxu 80 yaşdan yuxarı, təxminən 30 faizi isə 65 yaşdan yuxarı insanlardır.