2030-cu il planı işə düşdü: Dövlətlər ləğv edilir - Geri sayım başladı
    • Dünən, 23:32
    • 270

2030-cu il planı işə düşdü: Dövlətlər ləğv edilir - Geri sayım başladı

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Son zamanlar Zəngəzur dəhlizi ətrafında artan fəallıq fonunda İran ciddi narahatlıq keçirir. Başqa bir dövlətin ərazisindən keçəcək dəhliz Tehran üçün niyə bu qədər ağrılı qarşılanır?

- Əslində İran pərdə arxasında Fransa ilə eyni mövqedən çıxış edir. Zaman-zaman bu tendensiya müşahidə olunub. Görünən odur ki, indi də Tehran Qərbin tapşırıqlarını icra edir. Bu ölkə hələ də köhnə ampluasındadır. Məqsəd odur ki, bu və ya digər formada Azərbaycanı zərərsizləşdirməyə nail olsun. Amma İran buna nail ola bilmədi və bundan sonra da mümkün deyil. Artan aqressivlik də bu amillərlə bağlıdır. İran daxilində gərginlik yaşanır. Paytaxtın Tehrandan köçürülməsi ilə bağlı da məsələ gündəmdədir. Yeni prezident Məsud Pezeşkian da özündən əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Əksinə o daha təhlükəli mövqedən çıxış edir. Çünki İran elə bir teotratik idarə üsuluna malikdir ki, Pezeşkian ondan kənara çıxa bilməyəcək.

- Zəngəzur dəhlizinin açılması heç bir ölkənin sərhəd xəttinin pozulması deyil. Amma İran tərəfi Ermənistan sərhədlərinin dəyişdirilməsini özünün “qırmızı xətti” adlandırır. Bu hansı məntiqə əsaslanır?

- İranın Xarici İşlər Nazirliyinin sözçüsü də bununla bağlı açıqlama verib. İddia edirlər ki, “dövlət sərhəddinin dəyişməsinə yol vermək” olmaz. Amma onlar anlamır ki, Zəngəzur dəhlizinin açılması heç bir rejimin dəyişməsini ehtiva etmir. Ermənistanın özü belə dəhlizə hansısa özəl bir şirkətin nəzarət etməsini gündəmə gətitir. Rusiyadan başqa kimin nəzarəti olur-olsun İrəvan ona razı olduğunu bildirib. Sözsüz ki, bu Ermənistanla Rusiya arasında olan problemdir.

- Rusiyanın mövqeyini nəzərə almadan İranın hansısa bir addım atması nə dərəcədə realdır?

- Bu günlərdə İranın təhlükəsizlik şurasının katibi Moskvaya getmişdi. Orada hansı məsələləri müzakirə edəcəkləri az-çox bəlli idi. Çünki İran Rusiyanın orbitini tərk etmək niyyətində deyil. Tehranın bütövlükdə Qərbə meyl etməsi ona baha başa gələ bilər.

- ABŞ-ın dəhlizlə bağlı mövqeyi nədən ibarətdir? Ermənistana Amerika hərbi kontingentinin yerləşməsi nəyə hesablanıb?

- Hazırda Amerikanın daxili problemləri var. Ağ Ev dərin dövlətin, yəni “üç yüzlər komitəsinin” tapşırığı ilə BMT-nin 2030-cu ilə qədər yeni dünya düzəni formalaşdırmasını istəyir. ABŞ-ın əsas məqsədi odur ki, bu düzənin qurulmasına nail olsun. Bununla ölkələrin inzibati sərhədləri aradan qaldırılır, dövlətlər olmur. Hər şey vahid dilə, mədəniyyətə keçir. Məqsəd dünyanı idarə etmək təşəbbüsüdür. Amma Rusiya ABŞ-ın bu planına ciddi maneədir. Çünki onlar Moskvanı Ukrayna bataqlığına atmağa nail oldu. İndi Amerikanın gəlib Ermənistana yerləşməsi də bu amillərlə bağlıdır. Bu, əslində İrəvan üçün yaxşı heç nə vəd etmir. Ermənistanı Gürcüstanın, Moldovanın, Ukraynanın taleyindən də pis günlər gözləyir. İran da düşünür ki, Amerika gəlib bölgəyə yerləşməklə Rusiyanı bir qədər neytrallaşdıracaq.

- Bölgədə baş verənlərə Azərbaycanın mövqeyi necədir?

- Baş verənlərin Azərbaycana ciddi təsirləri ola bilər. Çünki bu gün Azərbaycan iradəsini və gücünü ortaya qoyub. Güc və iradənin formulunda Türk Dövlətləri Təşkilatının timsalında yeni bir idarəetmə nümunəsi formalaşmağa başlayır. Burada türk faktorunun güclənməsi İranı ABŞ-ın yanına itələyən amillər sırasındadır. Reallıq məhz bundan ibarətdir.