Bu şəxslərə 200 manat veriləcək - Qərar
    • Dünən, 23:05
    • 605

Bu şəxslərə 200 manat veriləcək - Qərar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının mükafatlandırılması ilə bağlı qərar qəbul edib.

News24.az xəbər verir ki, qərara əsasən, həmin tələbələrin hər birinə 200 manat məbləğində mükafat veriləcək.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.