Türkiyədə bu qədər seçki qutusu açılmayıb
    • 15-05-2023, 11:39
    • 159

Türkiyədə bu qədər seçki qutusu açılmayıb

Türkiyədə seçki qutularının yüzdə 99,4-ü açılıb.

News24.az xəbər verir ki, bu barədə Ali Seçki Şurasının sədri Əhməd Yener açıqlama verib. 

O bildirib ki, ölkədə açılmayan seçki qutularının sayı 27-dir: "Xaricdə 1529 açılmamış seçki qutusu var. Yerli vaxtla saat 09:45-ə olan məlumata görə, Ərdoğanın 49.4 faiz, Kılıçdaroğlunun 44,9 faiz səsi var. 

Qumral Əliyeva