Ələkbər Rəşadın azadlığına "yox" deyib? - REAKSİYA
    • 15-05-2023, 16:22
    • 404

Ələkbər Rəşadın azadlığına "yox" deyib? - REAKSİYA

Meyxanançı Ələkbər Yasamallı Almaniyadan qayıtdıqdan sonra ilk dəfə efirə çıxıb. 

News24.az “Sherg.az”-a istinadən xəbər verir ki, söz ustadı həmkarları ilə birgə “Xəzər axşamı” verilişində qonaq olub. 

Efirdə Balaəli Maştağalı Ə. Yasamallının bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirən Rəşad Dağlı haqda meyxana deyib: 

“İslam, gərək sözdə bir az dad olsun,
Yaxşı dostlarımız da gərək yad olsun.
İnşallah Rəşad da azad olsun, 
O da bu meyxana, bu heyət üçündür”.

Ə. Yasamallı ona qarşılıq bir bənd deməsə də, başı ilə Balaəlini təsdiqləyib.