-
- 15-05-2023, 16:27
- 448
Brüsseldə MÜHÜM RAZILIQ əldə olundu: Zəngəzur dəhlizi və sərhədlər... - DETALLAR
Xəbər verdiyimiz kimi, dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş olub.
Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bir sıra mühüm məsələləri qeyd edib:
Azaraq qarşı tərəfə keçən hərbi qulluqçuların tezliklə azadlığa buraxılması davam etdirilməlisi;
Kommunikasiyalar məsələsi - tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər;
Tərəflər 1991-ci ilin Alma-Ata bəyanatına əsasən bir-birinin ərazi bütövlüyünü bir daha tanıyıblar.
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Brüssel görüşü mövcud prosesi müəyyən qədər irəlilədib:
“Brüsseldə daha əyani şəkildə müraciət edildi, Zəngəzur dəhlizinə aid vacib fikirlər səsləndi, tərəflər konkret rəqəmlərlə bir-birinin ərazi bütövlüyünü tanıdı. Ərazi bütövlüyünün tanınmasından sonra sərhədlərinin delimitasiyasına başlanılması üçün işçi qrupun fəaliyyətə başlaması qərara alındı. Əslində, işçi qrupu daha əvvəl yaradılıb. Hesab edirəm ki, Brüssel danışıqlarından sonra artıq sərhədlərin delimitasiyası prosesi başlaya bilər. Eyni zamanda humanitar məsələlərdə də bir sıra razılaşmalar oldu. Əsir düşmüş əsgərlərimizlə bağlı məsələ müzakirə olunub. Söhbət hərbi əsirlərin, yaxud yolunu azıb sərhədi keçmiş hərbi qulluqçuların geri qaytarılması ilə bağlı prosesdən gedir. Bu məsələlərdə razılıq əldə olunub”.
Politoloq qeyd edib ki, qarşılıqlı olaraq saxlanılan şəxslərin təhvil verilməsi Brüssel razılaşmasının gündəliyindədir: “Ən son razılıq isə Brüssel görüşünün davamının razılaşdırılmasıdır. Şarl Mişel liderlərin iyulda Brüsseldə görüşəcəyini qeyd edib. Həmin görüşdə sülh müqaviləsinin imzalanması yolunda qət edilmiş məsafə müzakirə olunacaq. Güman edirəm ki, həm Kişinyov görüşünün, daha sonra baş tutacaq İspaniyanın Qranada şəhərindəki görüşün müzakirə edilməsi onu göstərir ki, Avropa İttifaqı sülhyaratma prosesində təşəbbüsü tam ələ alıb və onu sona çatdırmaq niyyətindədir”.
Turan