Ərdoğan: "Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik"
    • 16-05-2023, 21:55
    • 189

Ərdoğan: "Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik"

"Artıq 28 May üçün işə başlamışıq. Bu gün bütün liderlərlə görüşlərim oldu. Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik".

News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımında deyib.

"Mən həftəsonu zəlzələ zonasının müəyyən hissəsinə baş çəkəcəyəm. Zəlzələ bölgəsində insanlarla mitinq xarakterli toplantılar keçirə bilərik. Çalışacağıq ki, insanlarımızı motivasiya edək. Defnedə xəstəxana ilə bağlı "bacarmazlar" dedilər. Hazırda dövlət xəstəxanasının tikintisi başa çatıb", - Ərdoğan bildirib.

Türkiyə lideri bir daha seçkiyə gedən hər bir vətəndaşa təşəkkürünü ifadə edib:

"Xalqımızın göstərdiyi yetkinlik hər cür təqdirəlayiqdir. Səslərin 49,5 faizinə çatdıq. Millətimiz 322 deputat yerini "Cumhur İttifaqı"na verib".