ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum - 4 ÖLÜ, ÇOX SAYDA YARALI
    • 17-05-2023, 09:11
    • 291

ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum - 4 ÖLÜ, ÇOX SAYDA YARALI

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində silahlı şəxslər ABŞ diplomatik karvanına hücum ediblər.

News24.az xəbər verir ki, hücuma məruz qalanlar ABŞ-ın Anambra ştatındakı səfirliyinin əməkdaşları olub. 

İlkin məlumata görə, hücumda 4 nəfər həyatını itirib, çoxlu sayda yaralı var. Daha 3 nəfərin isə qaçırıldığ açıqlanıb. 

Silahlı hücuma məruz qalanlar arasında ABŞ vətəndaşının olmadığı vurğulanıb. 

Anambra əyalət polisinin sözçüsü Toçukvu İkenqa hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini bildirib.

Qeyd edək ki, belə hücumlar vaxtaşırı Nigeriyanın cənubunda Biafranın Yerli Xalqları (IPOB) terror təşkilatı tərəfindən həyata keçirilir. /NTV Türkiye/