Ukrayna Donbasa hücuma etməyə hazırdır - Xomçak
    • 30-03-2021, 16:32
    • 549

Ukrayna Donbasa hücuma etməyə hazırdır - Xomçak

Ukrayna Silahlı Qüvvələri Donbasa hücum etməyə hazırdır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ruslan Xomçak çıxış edib.

O bildirib ki, təlim bazalarının yaradılmasında tərəfdaşlar köməklik göstərir:"Başqa yol yoxdur. Soruşsanız, bu gün hazırıq? Hazırıq!".

Onun sözlərinə görə, hücum üçün ölkə rəhbərliyi bunun nəticələrini və ordunun ehtiyatlarını hesablamalıdır. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı mülki əhali arasında çox sayda itki olacağı da istista edilmir.