İrandakı səfirliyimizə hücum oldu, ÖLƏN VAR - VİDEO - FOTO
    • 27-01-2023, 10:33
    • 294

İrandakı səfirliyimizə hücum oldu, ÖLƏN VAR - VİDEO - FOTO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
 
News24.az modern.az-a istinadən xəbər verir ki, insident zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub.
 
Məlumata görə, o, silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində daha bir nəfərin yaralandığı bildirilir. 
 
Silahlı hücumun kimlər tərəfindən törədilməsi barədə hələlik heç bir məlumat yoxdur, detallar ictimaiyyətə açıqlanmayıb. Hazırda Azərbaycanın rəsmi qurumları hücumla bağlı operativ araşdırma aparır. 
 
Əlavə məlumat veriləcək.