Azərbaycanın ərazi bütövlüyünü tanıdıq - Paşinyan
    • 17-05-2023, 16:53
    • 561

Azərbaycanın ərazi bütövlüyünü tanıdıq - Paşinyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışında deyib.

“Ermənistan Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanıyıb, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”, - o qeyd edib

Paşinyanın sözlərinə görə, 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderləri arasında razılaşma əldə olunub, ona əsasən, tərəflər münasibətlərini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında tənzimləyir.

Paşinyan həmçinin əlavə edib ki, üç gün əvvəl Brüsseldə daha da irəli gedə biliblər və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib.

Turan