Parlamentdə Ərdoğanın partiyasını təmsil edəcək erməni deputat kimdir? - FOTO
    • 17-05-2023, 18:49
    • 211

Parlamentdə Ərdoğanın partiyasını təmsil edəcək erməni deputat kimdir? - FOTO

Türkiyə parlamentinə erməni kökənli deputat seçilib. 

News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hakim “Ədalət və İnkişaf” partiyasını Türkiyə Böyük Millət Məclisində ixtisasca həkim olan Sevan Sıvacıoğlu təmsil edəcək.

Sıvacıoğlu İstanbulda dünyaya gəlib. 1993-1999-cu illərdə İstanbul Universiteti Tibb Fakültəsində təhsil alıb. 1999-2004-cü illər arasında İstanbul Tibb Fakültəsi Ortopediya və Travmatologiya kafedrasının Cərrahiyyə İxtisas Proqramında iştirak edib. Erməni xəstəxanasında və Acıbadem xəstəxanasında çalışıb.

Turan