Pakistan polisi İmran Xanın evini mühasirəyə alıb
    • 17-05-2023, 21:58
    • 318

Pakistan polisi İmran Xanın evini mühasirəyə alıb

Pakistan polisi keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıb.

News24.az xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Polisin bildirdiyinə görə, Xan öz evində korrupsiya ittihamı ilə həbsinə qarşı ötən həftə etiraz aksiyaları keçirən insanlara sığınacaq verib.

Pakistanın keçmiş baş naziri mayın 9-da İslamabadda “korrupsiya ilə bağlı cinayətlər” törətməkdə şübhəli bilinərək saxlanılıb. Bir gün sonra məhkəmə Xanın səkkiz sutka həbs edilməsi barədə qərar çıxarıb. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları 2 mindən çox insanı saxlayıb.

İttihama əsasən, Xan və onun ən yaxın tərəfdarları Əl-Qədir Universitetinin yaradılması üçün birgə fond təsis edib və bu, ölkə büdcəsinə təxminən 170 milyon dollar ziyanla nəticələnib.

Daha sonra Pakistanın Ali Məhkəməsi Xanın həbsinin qanunsuz olduğuna qərar verib. Qərarda məhkəmə qeyd edib ki, siyasətçi dərhal azadlığa çıxmalıdır.