Əfv olunmuş qadın məhkumlarla görüş KEÇİRİLDİ
    • 18-05-2023, 13:04
    • 147

Əfv olunmuş qadın məhkumlarla görüş KEÇİRİLDİ

Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamı çərçivəsində azadlığa buraxılan bir sıra şəxslərlə bağlı sosial reabilitasiya yönümlü tədbirlər həyata keçirilir.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu tədbirlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əfv olunmuş qadın məhkumlarla görüşüb.

Görüşdə iştirak edən şəxslərin ilkin qiymətləndirmə prosesinə başlanıb və hər birinə uyğun olaraq fərdi inkişaf planı tərtib edilib.

İlkin qiymətləndirmənin nəticələrinə əsasən, onların cəmiyyətə psixo-sosial adaptasiyasına dəstək yönümlü fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulur.