-
- 27-04-2024, 23:50
- 2 384
"Mənim heç 14 bitim də yoxdur"
"Nə 14 min manat? Vallah mənim heç 14 bitim də yoxdur".
News24.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Şəmkir rayon sakini İlham Məmmədov Əməkdar artist Elnarə Abdullayevaya dörd saatlıq toy üçün 14 min manat verməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.
İlham Məmmədov bildirib ki, xanəndə ilə yaxın əlaqələri var və bu səbəbdən də Elnarə Abdullayeva onlardan pul almayıb:
"Toyda təmannasız oxuyub. Bizim aramızda pul söhbəti ola bilməz. Elnarə xanım mənim bacımdır. Toy həyətdə olub, nəvəmin sünnət toyu idi. Elnarə xanım öz ansambılı ilə gəlmişdi, sona kimi də tək oxuyub. Bütün kənd əhli də bizdə olub. Hamı toydan razılıq edir. Kim nə istəyir, yazsın. Mən Elnarə xanıma pul verməmişəm. Toyda sifariş, şabaş olmayıb, ad çəkilb, tərif deyilməyib".
İlham Məmmədov deyib ki, Elnarə xanımın sənətinin dəyəri çox böyükdür:
"14 min nədir ki. Yüz belə 14 minlər onun sənətinin dəyərini verə bilməz".
Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın Şəmkirin Sabirkənd kəndindəki sünnət toyunda dörd saatlıq iştirakı qarşılığında 14 min manat qazanması ilə bağlı iddialar yayılıb.