Sabah Bakıda 25 dərəcə isti olacaq
    • 18-05-2023, 13:18
    • 168

Sabah Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışın səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə,cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.