KTMT-dən sülh müqaviləsi AÇIQLAMASI: Bakı və İrəvan tezliklə...
    • 18-05-2023, 14:11
    • 341

KTMT-dən sülh müqaviləsi AÇIQLAMASI: Bakı və İrəvan tezliklə...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir. 

News24.az xəbər verir ki, bunu jurnalistlərə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

Tasmaqambetov qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır. “Bu yaxınlarda Avropada daha bir görüş baş tutub. Məmuniyyətlə qeyd olunub ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır. MDB-nin yaradılması haqqında bu müqavilədə qeyd edilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq. Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Daha sonra ölkələr sərhədin delimitasiyasına başlayacaq”, - KTMT-nin baş katibi qeyd edib.

Turan