Moskvada üçtərəfli görüş BU TARİXDƏ OLACAQ
    • 18-05-2023, 15:39
    • 261

Moskvada üçtərəfli görüş BU TARİXDƏ OLACAQ

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, erməni tərəfi Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşıb. 

News24.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.

Paşinyan vurğulayıb ki, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib. Görüş mayın 25-nə təyin edilib.
Qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.

Turan