Sahil Babayev: “Pensiyaçının müracətini gözləmədən artıq 3600 nəfərə avtomatik olaraq pensiya təyin olunub”
    • 18-02-2019, 12:30
    • 704

Sahil Babayev: “Pensiyaçının müracətini gözləmədən artıq 3600 nəfərə avtomatik olaraq pensiya təyin olunub”

Azərbaycanda pensiya sisteminin əhatə dairəsi ciddi şəkildə genişləndirildi və elektronlaşdırma nəticəsində yanvarın 1-dən etibarən vənətdaşların ad günlərində onlara yazılı elektron bildiriş göndərilir. Onları təbrik edirik, pensiya məbləğini bildiririk və kartını ala biləcəyi bank haqda məlumat veririk”. 

News24.az
-ın məlumatına görə, bunu Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" Forumunda çıxışı zamanı  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, pensiyaçının müracətini gözləmədən artıq 3600 nəfərə avtomatik olaraq pensiya təyin olunub. Bu da vətəndaş məmnunluğunun ən vacib elementlərindən biridir.

S.Babayev eləcə də, sığorta olunanlar kimi, hər kəsin pensiya təminatı məsələsi ilə bağlı ölkə başçısının keçən ilki tapşırığına uyğun olaraq"Pensiyaçının dostu" proqramının  başladıldıldığını da qeyd edib: “Ölkə başçısı tərəfindən çox böyük humanist addım atıldı. 2006-cı ildən indiyədək sosial sığorta haqqı 1 qəpik belə ödəmiş insanların hər birinə əmək pensiyası yaşı çatdığı təqdirdə 25 il sığorta stajı hədiyyə olunur”.

Teymur MƏMMƏDOV