-
- 18-02-2019, 12:27
- 850
“Azərenerji” yüksəkgərginlikli ötürmə xətlərini yenidən qurur
“Azərenerji” ASC “Reabilitasiya Planı”na uyğun olaraq, istilik, su və kiçik elektrik stansiyaları, yarımstansiyalar o cümlədən enerjinin idarəedilməsi üçün dispetçer idarəetmə mərkəzi ilə yanaşı sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində də kompleks yenidənqurma və bərpa işləri həyata keçirir.
“Azərenerji”dən News24.az-a verilən məlumata görə, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində aparılan işlərin bir hissəsi başa çatıb, böyük hissəsi davam edir və edəcək.
Sürətli və növbəli iş rejimi nəticəsində yüksəkgərginlikli 330 kV-luq 3-cü İmişli, 220 kV-luq ikidövrəli 1-ci və 2-ci Zabrat, 110 kV-luq 2-ci Göyçay, 1-ci və 2-ci Kimyaçılar, 1-ci, 2-ci, 3-cü, 4-cü “Səkkizinci kilometr” və 1-ci “Əhmətli” hava xətlərində aparılan tikinti yenidənqurma işləri yekunlaşıb.
“Cənub” Elektrik Stansiyası ilə “Xırdalan” yarımstansiyası arasında 220 kV-luq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir.
Eyni zamanda 220 kV-luq 3-cü, 6-cı Masallı, 110 kV-luq 3-cü “Sabirabad”, 1-ci, 2-ci Lənkəran, 3-cü Suraxanı, 2-ci Maştağa, 3-cü Kürdəmir, 3-cü Yevlax, Yalama hava xətlərində və digər istiqamətlərdə də tikinti-quraşdırma işləri yekunlaşmaq mərhələsindədir. Paralel olaraq Azərbaycanla-Gürcüstan arasında çəkilən beynəlxalq miqyaslı 330 kV-luq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam edir.
Nigar MƏMMƏDLİ