-
- 18-05-2023, 18:48
- 449
Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO
Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti növbəti dəfə çaşdırmaq məqsədi ilə yalan məlumat yayır.
Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni Laçın-Xankəndi yolunda qurulmuş sərhəd-buraxılış məntəqəsindən BQXK avtomobillərinin buraxılmadığını və yayılmış videogörüntülərin guya köhnə olduğunu iddia edib.
“Report” öz növbəsində bu gün, 18 may 2023-cü il tarixdə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə BQXK-ya məxsus təcili tibbi yardım avtomobilinin keçidini əks etdirən görüntüləri təqdim edib.
Göründüyü kimi erməni əsilli şəxslər sərhəd-buraxılış məntəqəsindən heç bir maneə olmadan istifadə edirlər.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.