-
- 19-05-2023, 13:28
- 484
İt dişləyən azyaşlıların son vəziyyəti AÇIQLANDI
Abşeron rayon “Məzunlar Evi” Sosial Müəssisəsindən müxtəlif tarixlərdə it dişləməsi xəsarəti ilə (17 may və 18 may 2023-cü ildə) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilən 5 yaşlı və 3 yaşlı uşaqlara lazımı ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.
Bu barədə TƏBİB-dən News24.az-ın sorğusuna cavab olaraq bildirilib.
"İlkin tibbi yardım göstərildikdən sonra 5 yaşlı uşaq başın və aşağı ətrafın dişlənmiş yarası diaqnozu ilə Uşaq cərrahiyyəsi şöbəsinə, daha sonra Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Yaraları tikildikdən sonra əməliyyata ehtiyac olmayıb. 3 yaşlı uşaq bədənin müxtəlif nahiyələrinin çox saylı dişlənmiş, cırılmış yarası, ağır kəllə-beyin travması diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra körpə Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda hər iki uşağın müalicələri davam etdirilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Qumral Əliyeva