-
- 6-08-2021, 17:18
- 490
Xızıda it 12 yaşlı uşağın üzünü dişlədi
Xızıda 12 yaşlı uşağı it dişləyib.
2009-cu il təvəllüdlü Nüsrət Mövlan oğlu Mövsümov sol yanağın dişlənmiş-cırılmış yarası diaqnozu ilə Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaxınlarının bildirdiyinə görə, onu it dişləyib.
Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. /Report/