Xırdalandakı partlayışda yaralananlardan 3-ü uşaqdır, vəziyyətləri ağırdır
    • 16-11-2022, 23:10
    • 432

Xırdalandakı partlayışda yaralananlardan 3-ü uşaqdır, vəziyyətləri ağırdır

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

TƏBİB-dən News24.az -a verilən xəbərə görə 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Tibb müəssisəsində müalicəsi aparılan 22 yaşlı qadın- B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, 7 və 4 yaşlı qız uşaqları Ş.M, Ş.D. və 1 yaşlı oğlan uşağı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.