Masazırda azyaşlı uşaqlar itlərin hucumuna məruz qalıblar, vəziyyətləri ağırdır
    • 18-05-2023, 23:09
    • 369

Masazırda azyaşlı uşaqlar itlərin hucumuna məruz qalıblar, vəziyyətləri ağırdır

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.

Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Azyaşlıların valideyinləri “Report”a bildiriblər ki, övladlarının vəziyyətləri ağırdır. /Report/