Kreml Putin, Əliyev və Paşinyan arasında... - Peskov
    • 19-05-2023, 14:24
    • 255

Kreml Putin, Əliyev və Paşinyan arasında... - Peskov

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların mümkünlüyü barədə operativ məlumat verəcək.

News24.az xəbər verir ki bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 25-də Moskvada üçtərəfli görüşün keçirilməsi perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.

"Gələn həftə, doğrudan da, biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada həm Avrasiya İqtisadi Forumu, həm də Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada olacaq. Mümkün təmaslar barədə sizə vaxtında məlumat verəcəyik”, - Kremlin sözçüsü bildirib. 

Turan