Rafael İranı çalxalayan həmin səhnəcikdən DANIŞDI
    • 19-05-2023, 17:49
    • 551

Rafael İranı çalxalayan həmin səhnəcikdən DANIŞDI

Səhnəciyin ssenarini Müşfiq Abbasov real faktlar əsasında yazıb. Hər şey göz qabağındadır.

News24.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Rafael İsgəndərov “Bu şəhərdə”nin “Əkkiz mart” adlı konsertindən yutub səhifəsinə yerləşdirilən “Milyonçu şouda iranlı nazir” səhnəciyinin İran mediasında müzakirəsindən danışarkən deyib.

“Səhnəcikdə olanları demişik və fakt əsasında danışmışıq. “Milyonçu şouda iranlı nazir” səhnəciyində səsləndirilən fikirlərdə təhqir yoxdur. Bütün sözlər statistikaya əsaslanaraq yazılıb. Sözlərimiz güldürmək üçün deyil. Bir az öncə qeyd etdiyim kimi səhnəcik faktlar əsasında qurulub”.

Sözügedən videonu təqdim edirik:

Qeyd edək ki, səhnəcikdə İran və Azərbaycanın münasibəti yumorla göstərilib. Tehran mediası isə səhnəcikdəki dialoqu “tarixin saxtalaşdırılması” adlandıraraq aktyorları yalan informasiya çatdırılmasında suçlayıblar.