Türkiyə səfiri 19 May paylaşımı etdi
    • 19-05-2023, 18:42
    • 187

Türkiyə səfiri 19 May paylaşımı etdi

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.

News24.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.

"19 May Atatürkü Anma, Gənclik və İdman Bayramımızı Milli Təhsil Nazirliyinin Bakı Türk Təhsil Təşkilatlarında coşqu ilə qeyd etdik", - deyə o bildirib.

Xatırladaq ki, 19 mayda Mustafa Kamal Atatürk "Bandırma" gəmisi ilə İstanbuldan Samsuna gəlib və bu tarix Qurtuluş Savaşının başlanğıcı hesab olunur./publika/