Bakıda "KamAZ" minik maşınına çırpılıb - FOTO
    • 20-05-2023, 10:53
    • 252

Bakıda "KamAZ" minik maşınına çırpılıb - FOTO

Paytaxtın Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşınının sürücüsü idarəetməni itirərək "Priora" markalı minik maşınına çırpılıb. Nəticədə idarəetməni itirən minik avtomobilinin sürücüsü maşını digər avtomobilə çırpıb. Qəzada "Priora" markalı minik maşınına ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda yaranmış sıxlığı aradan qaldırmaq üçün qəzaya uğramış avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.