Bakıda dəhşətli qəza: "Kamaz" mağazaya girdi
    • 24-07-2021, 11:58
    • 458

Bakıda dəhşətli qəza: "Kamaz" mağazaya girdi

Paytaxtın Biləcəri dairəsi yaxınlığında qəza baş verib.

News24.az-ın məlumatına görə, “Kamaz” markalı yük maşını idarəetməni itirib və “Motor Baku” adlı mağazaya daxil olaraq qəza törədib. 

“Kamaz” markalı yük maşının arxasından gələn minik avtomobili də qəza edib.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. Qəza törədən “Kamaz” markalı avtomobilin sürücüsünün vəziyyəti isə stabildir. 

News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza anında işçilər mağazada olmadığı üçün xəsarət alan olmayıb.