Paşinyanın oğlunu oğurlamaq istəyən qadın HƏBS EDİLDİ
    • 20-05-2023, 15:47
    • 257

Paşinyanın oğlunu oğurlamaq istəyən qadın HƏBS EDİLDİ

Ermənistanın baş nazir Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

News24.az xəbər verir ki, bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat yayıb.

Məlumata görə, ümumi yurisdiksiya məhkəməsi qərar çıxarıb. Vəkilin sözlərinə görə, hakim Jora Çiçoyanın qərarından şoka düşüb, çünki proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub. Qadının hökmlə bağlı apellyasiya şikayəti verəcəyi bildirilib.

Q.Akopyanın aclıq aksiyası davam edir. Onun səhhəti hələ ki, qənaətbəxşdir.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.