Kərim Abasov: "Əcəb eləmişəm"
    • 18-02-2019, 14:58
    • 1 605

Kərim Abasov: "Əcəb eləmişəm"

Müğənni Kərim Abasov "Ləkə" adlı mahnısına çəkdirdiyi açıq saçıq klipindən söz edib.

News24.Az-a danışan müğənni bu günlərdə təqdim edəcəyi sözügedən klipin artıq müzakirə, hətta tənqid olunduğuna toxunaraq, heç də pərişan olmadığını dilə gətirib:
"Klipin açıq-saçıqlığına görə çoxu ünvanıma tənqid yağdırır. Hamıya bildirmək istəyirəm ki, ürəyim belə istəyib, əcəb etmişəm! Hələ bundan da betər açıq-saçıq klip çəkdirəcəyəm. Xoşu gəlməyənlərin Allah canını sağ eləsin"!

Qeyd edək ki, sözügedən klipdə müğənninin tərəf müqabili rolunda rəqqasə Renka çəkilib.

Yeganə RZAXANOVA