Kərim oğlunun müğənni olmasını istəmir- SƏBƏB

Kərim oğlunun müğənni olmasını istəmir- SƏBƏB Şou
Kərim oğlunun gələcəkdə şou-biznesə qatılmasını istəmir

Ötən gün "Ləkə" mahnısına çəkdirdiyi açıq-saçıq klipinin təqdimat mərasimini keçirən müğənni Kərim Abasov oğlu Yusiflə bağlı maraqlı açıqlama verib.

News24.Az-ın kamerasına danışan Kərim oğlu Yusif böyüdükdə onun peşəsini davam etdirməsini istəmədiyini vurğulayıb.

Peşəsinin zəhmətli, bir o qədər də yüklü olduğunu deyən müğənni oğlunun şou-biznes bataqlığına düşməməsini, qalmaqallara bulaşmamasını istəyib. Kərim oğlunun bir neçə dil öyrəndiyini, bununla bağlı vaxtı çatanda tamam başqa-ciddi peşəyə sahib olmasını arzuladığını dilə gətirib.

Yeganə RZAXANOVA