Salvadorda futbol stadionunda baş verən izdihamda 9 nəfər ölüb - VİDEO
    • 21-05-2023, 10:00
    • 196

Salvadorda futbol stadionunda baş verən izdihamda 9 nəfər ölüb - VİDEO

Salvadorda “Alyans” və “FAS” komandaları arasında keçirilən oyun zamanı “Kuskatlan” stadionunda yaranan izdihamda azı 9 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq izdiham yaradıblar.

Yaranan izdihamda 9 nəfər ölüb, onlarla insan yaralanıb. Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağırdır.