Seulda Hellouin şənliyindəki izdihamda 146 nəfər ölüb - FOTO/YENİLƏNİB
    • 29-10-2022, 23:34
    • 220

Seulda Hellouin şənliyindəki izdihamda 146 nəfər ölüb - FOTO/YENİLƏNİB

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə ölənlərin sayı 146 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə "Associated Press"agentliyi məlumat yayıb.

Məlumata görə, 150 nəfər xəsarət alıb.

23.12

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin şənliyindəki izdihamda 120 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə oktyabrın 29-da axşam Seulun mərkəzi rayonlarından olan İtavonda baş verib. Yaralılar şəhər xəstəxanalarına yerləşdirilib. Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub. Hüquq-mühafizə orqanları hadisə barədə araşdırmalara başlayıb. Ölü və yaralı sayının çoxalması istisna olunmur.

Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.

Medianın məlumatına görə, Hellouin bayramı ilə əlaqədar İtavon rayonundakı şənliklərə təxminən 100 min adam qatılıb.