ABŞ-da boks matçında saxta silahlı hücum xəbərdarlığı: izdihamda 16 nəfər yaralandı
    • 30-05-2022, 11:12
    • 247

ABŞ-da boks matçında saxta silahlı hücum xəbərdarlığı: izdihamda 16 nəfər yaralandı

Nyu-Yorkun Bruklin şəhərindəki Barclays Centerdə Gervonta Davis və Rolando Romero arasında keçirilən boks matçı başa çatdıqdan sonra silahlı hücum xəbərdarlığı edilib.

News24.az xəbər verir ki, tamaşaçılar təşviş içində arenanı tərk etməyə çalışarkən, izdihamda 16 nəfər yaralanıb.

Nyu York Polis Departamentinin (NYPD) verdiyi açıqlamada silahlı şəxslə bağlı yayılan xəbərlər təkzib edilib.

Tamaşaçılar arasında baş verən davanın silahlı hücum olduğu düşünüldüyü və izdihamın bundan sonra baş verdiyi bildirilib.

Qarşılaşmaya baxmağa gələnlər arasında Madonna və tennisçi Naomi Osaka kimi məşhurların da olduğu bildirilib.