Pulsuz un 7 nəfəri öldürdü
    • 28-03-2023, 10:55
    • 248

Pulsuz un 7 nəfəri öldürdü

Pakistanda hökumət Hayber Paxtunxva və Pəncab əyalətlərində pulsuz un paylayıb.

News24.az xəbər verir ki, pulsuz un paylanmasının yaratdığı izdihamda 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. 

Sosial mediada yayılan görüntülərdə çox sayda insanın un maşınlarının üzərinə çıxaraq unu götürməyə çalışdığı, hərəkətdə olan maşınlara çıxanların isə unu yollara atdığı görülüb.

Xatırladaq ki, Pakistanda daha əvvəl də Sind əyalətində ucuz qiymətə satılan unu almaq istəyən vətəndaşların yaratdığı izdihamda bir nəfər ölüb. 

Qumral Əliyeva