Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Polis mayoru vəfat etdi

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Polis mayoru vəfat etdi Hadisə
Naxçıvan MR Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Naxçıvan MR DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, mayın 21-də Şahbuz rayonu Vayxır kəndi ərazisində 1971-ci təvəllüdlü Bəxtiyar Şirinovun idarə etdiyi “Lifan” markalı avtomobilin aşması nəticəsində özü və avtomobildə olan 1982-cil il Zahir Səfərov dünyasını dəyişib. 

Z.Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi. 
Araşdırma aparılır.