Qırıcı təyyarə yerə çırpıldı - ANBAAN VİDEO
    • 22-05-2023, 10:08
    • 114

Qırıcı təyyarə yerə çırpıldı - ANBAAN VİDEO

İspaniyanın Saraqosa aviabazasında dəhşətli qəza baş verib.

News24.az xəbər verir ki, "F-18" döyüş təyyarəsi təlim uçusu həyata keçirib. manevrlər zamanı naməlum səbəbdən təyyarə yerə çırpılıb. 

Pilot son anda ölümdən xilas olub. Onun ayağından yaralandığı bildirilib. Adı açıqlanmayan pilot müalicə üçün xəstəxanaya yerləşdirilib.

Səlahiyyətlilər təyyarənin ətrafdakı insanlara heç bir zərər vermədiyini bildirib.

Qəza yerində araşdırmalar davam edir. /CNN Türk/