-
- 22-05-2023, 10:54
- 280
İrəvanda Fransa səfirinə ŞOK QADAĞA
Fransanın Ermənistandakı səfirinin hökumət binasına daxil olmasına icazə verilməyib.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri, Vayots Dzor vilayətinin keçmiş qubernatoru Edqar Qazaryan deyib.
“Hamının gözü qarşısında diplomatik qalmaqal. Hökumət binasına gələn Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfirini mərkəzi rəsmi girişdən hökumət binasına buraxmayıb, onu digər girişə istiqamətləndiriblər. Səfirin akkreditasiya üçün diplomatik müraciətində göstərilir ki, səfir dövlət başçısını təmsil edir və onu qəbul edən ölkədə də ona eyni hörmət və münasibət olmalıdır. Fransanın Ermənistandakı səfirinə o qədər hörmətsizlik edilir ki, onu rəsmi qəbula layiq görmürlər, hökumət binasının girişində onu heç kim qarşılamır, müşayiət etmir, mərkəzi giriş qapılarında dayanan polislər barmaqları ilə ona digər girişi göstərirlər. Diplomatik protokolda yalnız dost olmayan ölkələrin səfirlərinə belə hörmətsizlik edilə bilər”, - Qazaryan qeyd edib.
Turan