Müğəninin qayınatası öldü
    • 18-02-2019, 15:50
    • 1 041

Müğəninin qayınatası öldü

Gürcü əsilli Rusiya müğənnisi Diana Qurtskaya hüzün içindədir.

Müğənninin qayınatası dünyasını dəyişib. Diana bu haqda instagram hesabında yazıb və bildirib ki, qayınatasının ölümü üçün çox üzgündür. 

Qurtskaya bildirib ki, qayınatası onun üçün 2-ci ata olub. Ona "gəlinim" deyil, "qızım" deyə, müraciət edirmiş. 

Doğuşdan iki gözü görməyən Diana Qurtskaya 2005-ci ildən ailəlidir. Onun həyat yoldaşı vəkildir.

News24.Az