Xalq artistinin gəlini göz yaşlarını saxlaya bimədi - “Siz mənə...”
    • 4-03-2020, 09:48
    • 1 753

Xalq artistinin gəlini göz yaşlarını saxlaya bimədi - “Siz mənə...”

Xalq artisti Ağaxan Salmanlının gəlini Səfiyyə Salmanlı qayınatasının ölümü barədə yazıb.

News24.az-ın məlumatına görə, Səfiyyə Salmanlı qayınatası haqqında təsirli sözlər yazıb:"Yoxluğuna hələ də inana bilmirəm atam... Hara baxıram sizi görürəm, səsinizi eşidirəm, siz bizi vaxtsız qoyub getdiniz. Siz mənə qaynata yox, ata olmusunuz. Nəvələrinin sevimli babası, övladlarının sevimli atası, həyat yoldaşının 46 illik ömür gün yoldaşı... Siz bizim qəlbimizdə hər zaman yaşayacaqsınız. Allah Sizə rəhmət eləsin, nur içində yatın”.

Qeyd edək ki, Ağaxan Salmanlı fevralıbn 29-da vəfat edib. O, Yeni Suraxanıda dəfn edilib.