Paşinyandan sülh müqaviləsi AÇIQLAMASI:
    • 22-05-2023, 12:31
    • 601

Paşinyandan sülh müqaviləsi AÇIQLAMASI: "Ən qısa zamanda..."

“Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir”. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik. Mən əminəm ki, Ermənistan Respublikasının təhlükəsizliyinin strateji təminatı sülhdür ki, bu da bütün qonşularla münasibətlərin normallaşması yolu ilə mümkündür. Bu, asan proses olmaqdan uzaqdır, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur. İqtisadi və büdcə göstəriciləri, məncə, cəmiyyətin və iqtisadiyyatın hökumətimizin sülh proqramına reaksiyasıdır”, - Paşinyan bildirib.

Turan