Nikoldan sərhədə Rusiya hərbçilərinin yerləşdirilməsinə REAKSİYA
    • 22-05-2023, 14:10
    • 206

Nikoldan sərhədə Rusiya hərbçilərinin yerləşdirilməsinə REAKSİYA

“Biz Rusiya sərhədçilərinin yerləşdirilməsinə razılaşdıq, lakin bu o demək deyil ki, konkret yerlərdə bu yerləşdirmə əbədi olmalıdır”. 

News24.az xəbər veir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, Rusiya sərhəd qoşunlarının bütün hərəkətləri Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılmalıdır.

Jurnalistlərin rus sərhədçilərinin Mehri yaxınlığında genişmiqyaslı işlər aparması ilə bağlı suallarını cavablandıran Ermənistanın baş naziri bu hərəkətləri yoxlamaq planlarını da açıqlayıb.

“Əgər bu hərəkətlər razılaşdırılmış çərçivədən kənarda olarsa və Ermənistanın ərazi bütövlüyü və suverenliyi baxımından siqnallar olarsa, biz bu məsələni müzakirə edəcəyik. Yerli hakimiyyət orqanları və hökumət razılaşmalıdır. Vəziyyətdən çıxış edərək, biz bütün məsələləri rusiyalı həmkarlarımızla ətraflı müzakirə edəcəyik”, - Paşinyan vurğulayıb.

O əlavə edib ki, Rusiyanın Ermənistana münasibətinin düşmənçilik olması fikrini bölüşmür. “Biz əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün hər şeyi etməliyik”, - o qeyd edib.

Turan