-
- 22-05-2023, 16:21
- 256
Dəhşətli qəzada yaralanan şəxsin vəziyyəti AÇIQLANDI
Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti açıqlanıb.
News24.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a bildirilib ki, Qobustanda baş verən yol qəzasında xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Xası qızı Nuriyeva mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib:
“Yaralı sol mil-bilək nahiyəsinin qapalı yerdəyişmiş sınığı diaqnozu ilə şöbəyə daxil olub, lazımi ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir, huşu aydındır. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi davam etdirilir”.